ONN MEDİA

Selena Qomez Castin Biberə görə xəstəxanalıq oldu?

11 Oktyabr 2018 - 16:41 DÜNYA, ŞOU BİZNES

Castin Biberdən ayrıldıqdan sonra sarsıntı keçirən Selena Qomez xəstəxanaya yerləşdirilib.

ONN media  ölkə.az -a istinadən xəbər verir ki, Selenanın vəziyyəti haqqında dəqiq məlumat verilmir.

Qərb mətbuatının xəbərinə əsasən, Castinin model Heyli Bolduinlə evlənəcəyi barədə xəbərlərdən sonra ona ünvanlanan suallara dözə bilməyən amerikalı müğənni Selena Qomez xəstəxanadadır. Selena xəstəxanada psixoloji müalicə kursu keçir.

26 yaşlı Selena ötən ay da Los-Ancelesdəki xəstəxanaların birində yatmışdı. Ötən il böyrək transplantasiyası edilən Qomezin bu əməliyyatdan sonra yan təsirlər və sevgilisi Castin Biberdən ayrılması səbəbindən depresiyaya düşdüyü bildirilir.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png