ONN MEDİA

Prezident MÜHARİBƏ ƏMRİ VERDİ: “Bütün silahlardan…”

12 Oktyabr 2018 - 12:17 DÜNYA

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib.

ONN media “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, Poroşenko bu bəyanatı Xmelnitsk vilayətinə səfəri zamanı Ukraynanın Silahlı Qüvvələrinin bölmələrinin komandirləri ilə görüşdə verib.

Onun sözlərinə görə, bu, “həyatların saxlanılması” üçün lazımdır. Həmçinin, Poroşenko Ukrayna ərazisinin bir qarışını verməməyə və hər bir Ukrayna hərbi qulluqçusunun həyatını qorumağa çağırıb.

“Biz bütün ssenarilərə hazır olmalıyıq, həm müdafiəyə, həm də effektiv əks-hücuma”, – Poroşenko bildirib.

Ukrayna lideri vurğulayıb ki, qoşunlar Donbas ərazisində təxribatlara təslim olmamalıdır.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png