ONN MEDİA

Məşhur futbolçu 3 saat dindirildi

12 Oktyabr 2018 - 02:30 DÜNYA

Futbolçu Arda Turan Beşiktaş rayon Polis Şöbəsində 3 saat ifadə verib.

ONN media istinadən xəbər verir ki, 3 saatlıq dindirmədən sonra futbolçu sərbəst buraxılıb. Prokuror qəsdən adam yaralama və silahla təhdid ittihamları ilə Arda Turanın həbsini tələb edib. Bu səbəbdən də futbolçu sorğuya çəkilib.

Turanın qarşılıq şikayət etdiyi bildirilir. 

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png