ONN MEDİA

Lavrov Türkiyəyə gedir

09 Avqust 2018 - 17:49 DÜNYA

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı ilə görüşəcək.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, avqustun 13-14-də baş tutacaq səfər çərçivəsində Suriyadakı son vəziyyət müzakirə ediləcək.

Səfər barədə Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Sergey Lavrov Türkiyə xarici işlər nazirinin fevral ayındakı dəvətinə əsasən avqustun 13-14-də bu ölkəyə səfər edəcək. Nazir Türkiyə səfirlərinin və beynəlxalq təşkilatlardakı daimi təmsilçilərin iştirak edəcəyi iclasa qatılacaq və çıxış edəcək”.

Zaxarova Lavrovun Çavuşoğlu ilə də bir görüş keçirəcəyini bildirib. Onun sözlərinə görə tərəflər, beynəlxalq gündəmdə olan məsələlər, Suriya, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya, Ukrayna, Qaradənizdəki vəziyyəti müzakirə edəcək.

O, görüşdə Türkiyə-Rusiya iqtisadi və ticarət əlaqələrinin inkişafı kimi məsələlərin də müzakirə olunacağını bildirib.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png