ONN MEDİA

Hər il qripdən 650 min nəfər ölür

17 Dekabr 2017 - 23:55 DÜNYA

Hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar dünyada 650 min nəfər ölür.

ONN media Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Ölüm riskinə ən çox 75 yaşdan yuxarı şəxslər və yoxsul regionlarda yaşayanlar məruz qalır.

Qrip nəticəsində baş verən ağırlaşmalar ən çox Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Yaxın Şərq və Cənub-Şərqi Asiyada ölüm hallarına gətirib çıxarır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının on il əvvəl dərc etdiyi hesabatda qripdən 500 minədək şəxsin öldüyü məlumat verilmişdi.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png