ONN MEDİA

Güclü qar nəqliyyatı iflic etdi, məktəblər bağlandı

17 Noyabr 2018 - 09:15 DÜNYA

Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareys gecikib və ya ləğv olunub.

ONN media xəbər verir ki, əyalətlərə 25 sm-dək qar yağıb ki, bu da aylıq yağıntı normasından üç dəfə çoxdur.

Yerli hakimiyyət orqanları əhaliyə şəxsi nəqliyyatdan istifadə etməməyi və havalar düzələnədək evdə oturmağı tövsiyə ediblər.

Əyalətlərdə demək olar ki, bütün məktəblərdə dərslər ləğv olunub.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png