ONN MEDİA

Ermənistanın niyyəti nədir?

11 Oktyabr 2018 - 15:44 DÜNYA

Münaqişələrin sülh yolu ilə nizamlanması üçün səyləri artırmaq lazımdır.

ONN media xəbər verir ki, bunu Yerevanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin açılışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib ki, bu həmçinin Dağlıq Qarabağ münaqişəsinə aiddir.

Ermənistanın baş naziri daha əvvəl qaldırdığı “Dağlıq Qarabağ nümayəndələrinin” danışıqlar prosesində iştirakı mövzusuna bir daha toxunub.

Maraqlıdır ki, çıxışı zamanı N.Paşinyan işğal olunmuş regionun adını Dağlıq Qarabağ kimi 7 dəfə çəksə də, separatçıların istifadə etdiyi “Artsax” sözünü işlətməyib.

Hətta baş nazir “France 24” telekanalına müsahibəsində bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dəyişdirilməsi məsələsini qaldırmayıb və qaldırmayacaq:

“Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında davam etdirilməlidir”.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png