ONN MEDİA

Ermənistan ordusunda ŞOK- Bir qrup hərbçi

06 Dekabr 2018 - 14:12 DÜNYA

Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi qar uçqununun altında qalıb.

ONN media xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovanisyan bildirib.

Onun sözlərinə görə, hadisə Sisian rayonu ərazisində baş verib. Uçqun altında qalan hərbçilərin yeri müəyyənləşdirilib, onların vəziyyəti normaldır. Hərbçilərdən biri isə tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png