ONN MEDİA

Dünyanın ilk üzən supermarketi istifadəyə verilir

05 Dekabr 2018 - 23:40 DÜNYA, MARAQLI

Dubayda – Fars körfəzinin sahilində “Carrefour” beynəlxalq ticarət şəbəkəsi tərəfindən dünyanın ilk üzən supermarketi istifadəyə veriləcək.

ONN media  xəbər verir ki, üzən supermarket yaxtaların ekipaj üzvləri, su motosikletləri və sürətli qayıqları idarə edən idmançılar, həmçinin çimərliyə gələnlər üçün nəzərdə tutulub. Burada alıcılara xidmət suda həyata keçiriləcək və sifarişlər “Kite Beach”, “Jumeirah Public beach” və “Al Sufouh Beach” çimərliklərinə çatdırılacaq. Supermarketdə müştərilərə 300 çeşiddə mallar – ərzaq məhsulları, qəlyanaltı, içkilər, habelə kosmetik vasitələr və dərman preparatları təklif olunacaq.(axar.az)

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png