ONN MEDİA

DƏŞHƏT: Ayı 23 yaşlı meşəbəyini parçaladı

20 Avqust 2018 - 19:35 DÜNYA, HADİSƏ

Rusiyanın Kamçatka yarımadasındakı Kronotsk qoruğunda ayı 23 yaşlı meşəbəyini parçalayıb.

ONN media bildirir ki, meşəbəyi turist qrupunu qızıl balıqların kürü tökdükləri çaya aparırdı.

Həmin çayda isə ayılar balıq tutmağı "sevir" və bu səbəbdən sahildə dəmir tordan hasar var.

Bel çantası çay sahilinə düşən meşəbəyi hasarı aşıb və çantanı axtarmağa başlayıb.

O, itkin düşüb, rasiya ilə əlaqəyə çıxmayıb. Ertəsi gün onun ayının gəmirdiyi cəsədi tapılıb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png