ONN MEDİA

DƏŞHƏT: Anomal istilər 30-dan çox can aldı

05 İyul 2018 - 22:49 DÜNYA

Kanadanın Kvebek əyalətində anomal istilik nəticəsində ən azı 33 adam ölüb. Cümə axşamı bölgənin Səhiyyə naziri Lusi Şarlebua açıqlamasında bunu deyib.

ONN media xəbər verir ki, onun sözlərinə görə, əyalətin ən böyük şəhəri olan Monrealda 33 nəfərdən 18-i ölüb. "Vətəndaşlar arasında yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün bütün tədbirləri davam etdirməliyik" – nazir söyləyib.

Milli Meteorologiya İdarəsindən verilən məlumata görə, Kvebek əyalətinin cənubunda, Ontario şəhərində və Kanadanın atlantik sahillərində iyun ayının 29-dan etibarən havanın hərarəti gündüz 35-40 dərəcə istiliyə qədər yüksəlib. Cümə axşamı, Kvebekdə havanın rütubəti nəzərə alınmaqla, termometr 45 dərəcəyə qədər yüksələcək.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png