ONN MEDİA

Bu siyahıda məşhur futbolçu da var

25 İyun 2018 - 11:48 DÜNYA

Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında məşhur futbolçu da var. 

ONN media xəbər verir ki, Türkiyə millisinin sabiq futbolçusu Alpay Özalan millət vəkili seçilib. 

Özalanın namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu doğulduğu İzmirin millət vəkili olub.

Qeyd edək ki, mərkəz müdafiəçisi olmuş Alpay Özalan Türkiyədə “Beşiktaş”, “Fənərbağça”, İngiltərədə “Aston Vila”, Almaniyada “Köln” kimi klubların şərəfini qoruyub. O, 1995-2005-ci illərdə Türkiyə millisi ilə doxsan matça çıxıb və dörd qola imza atıb.

Özalan 1996-cı ildəki Avropa çempionatında komandası üçün qələbə qolunu vuran xorvat Qoran Vlaoviçi yıxmadığı üçün Feyr-pley mükafatına layiq görülüb. O, 2002-ci ildəki mundialda Türkiyə millisinin bürünc medal qazanan heyətində olub.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png