ONN MEDİA

Bu ölkə rusiyalı diplomatları buraxmır

12 Oktyabr 2018 - 20:39 DÜNYA

Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.

ONN media xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib. 

“Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, – deyə o vurğulayıb.

Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir. 

Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png