ONN MEDİA

Beynəlxalq Multkultural Şəbəkə Türkiyədə AXC-nin 100 illiyi münasibətilə tədbir keçirdi

08 Oktyabr 2018 - 12:16 DÜNYA

Beynəlxalq Multikultural Şəbəkənin Xarici Əlaqələr Departamentinin rəisi Günay Həsənli ONN media-ya bildirib ki, 3 oktyabr 2018-ci il tarixində Azərbaycanın Beynəlxalq Multikultural Şəbəkəsi Türkiyə fəaliyyəti çərçivəsində ölkənin İzmir şəhərində yerləşən İzmir Katip Çelebi Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi- praktiki konfrans keçirdi. Tədbir Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunmuşdur.

İzmir Katip Çelebi Universitetinin müəllim , tələbələrinin, eyni zamanda İzmirdə yaşayan Azərbaycanlı həmvətənlərimizin iştirakı ilə keçirilən “100-cü İlində Azərbaycan Demokratik Respublikası” adlı konfransda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova çıxışında 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulması,cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyması siyasi,iqtisadi, mədəniyyət kimi sahələrdə göstərdikləri fəaliyyətləri ilə bağlı geniş məlumat verdi. Şəbəkənin elmi-mütəxəssisi Günay Məmmədli ADR-in dövründə təhsil və səhiyyə sahəsində hokumətin geniş fəaliyyəti və bu istiqamətdə qurduqları xarici əlaqələrlə bağlı konfrans iştirakçılarını məlumatlandırdı.

İzmir Katip Çelebi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin professoru Mehmet Bülent Uludağ və Fəlsəfə elmləri Doktoru Haktan Birsel də öz çıxışlarında o dövrdə Türkiyə-Azərbaycan münasibətlərinə, ADR-in yaranmasının Türk – İslam dünyası üçün nə dərəcədə əhəmiyyətli olmasından geniş məlumat verərək, 1991 – ci ildə yenidən mütəqillik əldə edən ölkəmizin müasir beynəlxalq aləmdəki geosiyası mövqeyi ilə bağlı məlumat verdilər.

Konfransın ikinci hissəsində İzmirdə yaşayan həmvətənlərimizdən, bəstəkar pianist, Dokuz Eylül Universitetinin Dövlet Konservatoriyasının müəllimi Nərminə Zeynalova Özlük AXC dövründə incəsənət sahəsində əldə edilən nailiyyətlərlə bağlı məlumat verərək, Kemale Serçe, Zemine Yalçın, Nigar İsmayılova ilə birlikdə Azərbaycanın tanınmış bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev və Asəf Zeynallının əsərlərindən ibarət təşkil etdikləri konsert verdi. Konsert konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə alqışlandı.

Konfransın sonunda elmi-konfrans üçün ADR-in 100 illiyi ilə bağlı Beynəlxalq Multikultural Şəbəkə tərəfindən özəl hazırlanmış videonun təqdimatından sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydın elmi-konfransa dəstək göstərən iştirakçıları Beynəlxalq Multikultural Şəbəkənin Diplomları ilə təltif etdilər.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png