ONN MEDİA

ABŞ-dan Türkiyəyə XƏBƏRDARLIQ

06 Dekabr 2018 - 14:45 DÜNYA

ABŞ Kerç boğazında baş verən hadisə fonunda Qara dənizə hərbi gəmilərin göndərilməsinə hazırlığa başlayıb.

ONN media xəbər verir ki, bu haqda üç mənbəyinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, Amerika hərbçiləri öz planları barədə Türkiyəni xəbərdar etmək üçün Dövlət Departamentinə sorğu göndəriblər.

“Bu addım Kerç boğazında Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavabdır”, – mənbələr söyləyiblər.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png