ONN MEDİA

500 jurnalist qətlə yetirilib- DƏHŞƏT

12 Oktyabr 2018 - 15:32 DÜNYA

Suriyada daxili savaşın davam etdiyi dönəmdə PKK, İŞİD və Əsəd rejimi tərəfindən 500-ə yaxın jurnalist yoxa çıxarılıb. 

ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Suriya Azad Mətbuat Birliyinin rəhbəri İbrahim Hüseyn məlumat verib. Onun sözlərinə görə, 70 jurnalistdən hələ də heç bir xəbər yoxdur, yerdə qalanları isə qətlə yetirilib. 251 jurnalist rejim zindanlarında həbs yatır. 

Hüseyn bildirib ki, həbs olunan 251 jurnalistdən 12-si qadındır. O, bu duruma son qoymaq üçün müstəqil məhkəmələrin hərəkətə keçməli olduğunu, hər ölkə, qurum və dünya ictimaiyyətindən yardım gözlədiklərini vurğulayıb.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png