ONN MEDİA

Ərdoğan Rusiyanın dəstəyini gözləyir?

24 Sentyabr 2018 - 11:05 DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiyanın “Kommersant” qəzeti üçün Türkiyə-Rusiya əlaqələrinə dair bir məqalə qələmə alıb.

ONN media xəbər verir ki, Ərdoğan Rusiyanın, xüsusilə PKK, PYD, YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözlədiyini bildirib.

Ərdoğan Türkiyənin heç bir zaman sərhədlərində hər hansı bir terror təşkilatının olmasına icazə verməyəcəyini deyib.

“Türkiyə Afrin, Cerablus, El-Bab və İdlib bölgəsində bu qətiyyəti dəfələrlə göstərdi”, – o qeyd edib.

“Son dövrdə ABŞ-ın xüsusilə, PYD və YPG güclərinə verdiyi fövqəladə dəstəyin təəssüf ki, davam etdiyini görürük. Bölgədəki tarazlıqları və xalqlar arasındakı sülhü zədələyəcək bu cür addımlardan imtina olunmalıdır. Rusiyanın da, xüsusilə PKK, PYD və YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözləyirik”, – Türkiyə Prezidenti əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Suriyanın loyal müxalifəti siyasi həll prosesində qalmalıdır.

“Biz loyal müxalifətin terrorçu hesab edilərək aradan qaldırılması cəhdlərinə qarşı olduğumuzu bir neçə dəfə ifadə etmişik”, – Ərdoğan vurğulayıb.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png