ONN MEDİA

Ərdoğan Moldovada səfərdədir

19 Oktyabr 2018 - 03:50 DÜNYA

Moldovada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı İqor Dodonla birlikdə Qaqauz muxtar bölgəsinə baş çəkib.

ONN media xəbər verir ki, bölgənin paytaxtı Komratda muxtariyyətin rəhbəri İrina Vlax onları duz-çörəklə qarşılayıb. Daha sonra baş tutan birgə mətbuat konfransında Ərdoğan bildirib ki, Türkiyə Moldovanın ərazi bütövlüyünə böyük önəm verir.

Bununla belə, Ankara əvvəllər də olduğu kimi, qaqauzları dəstəkləməkdə davam edəcək. “Biz istəyirik ki, Qaqauz Moldova ilə birlikdə inkişaf etsin” – deyə o qeyd edib. İqor Dodon isə öz növbəsində bildirib ki, Moldova qaqauzların evidir. O, Qaqauzun muxtar statusuyla bağlı konstitusiyada dəyişikliklərin olması üçün əlindən gələni edəcəyinə söz verib.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png