ONN MEDİA

Təhsil İdarəsinə 7 min müraciət daxil oldu

01 Noyabr 2018 - 19:28 CƏMİYYƏT

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin oktyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən ONN media -ya bildiriblər ki, qeyd olunan müddətdə ümumilikdə 7.018 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1.718 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2.017 vətəndaş müraciəti daxil olub. 342 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 2.588 sənəd (vətəndaşlar tərəfindən 581 ərizə, Təhsil Nazirliyindən 439, digər qurumlardan 298, məktəblərdən 1.106 məktub, 60 strukturdaxili yazışma və 104 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 353 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.

Qeyd edək ki, oktyabr ayında, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 4 rayonu (Xəzər, Pirallahı, Nizami və Nərimanov) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png