ONN MEDİA

SON DƏQİQƏ: Bakının bir neçə hissəsində işıqlar söndü

12 İyul 2018 - 16:35 CƏMİYYƏT

Bakının bir neçə ərazisində elektrik enerjisi kəsilib.

ONN media xəbər verir ki, bu barədə minval.info-ya paytaxt sakinləri məlumat verib.

Onların sözlərinə görə, hazırda Nizami rayonunun bir hissəsində işıqlar sönüb. Eyni zamanda Günəşli, Zığ, Hövsan qəsəbələrində və “20 Yanvar” ərazisində də elektrik enerjisinin kəsildiyi bildirilir.

Bundan əlavə eyni problemlə əlaqədar Nərimanov rayonunda da qısa müddətlik fasilə yaranıb.

Məsələni diqqətdə saxlayacağıq.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png