ONN MEDİA

Parlamentdə VACİB MƏSƏLƏ MÜZAKİRƏ edildi

12 Oktyabr 2018 - 13:01 CƏMİYYƏT

“Bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayı çoxdur. Bu, məni narahat edən məsələdir. Hesab edirəm ki, bu, kökündən yanlışdır və bunun qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.

ONN media xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib.

Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və münasibətləri var:

“Amma rus dili xarici dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Lakin bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dilində təhsili uğrunda mübarizə aparır, biz isə sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır”.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png