ONN MEDİA

“iPhone” sahiblərinin DİQQƏTİNƏ- VİDEO

06 Dekabr 2018 - 13:30 Banner, CƏMİYYƏT, MARAQLI

"Apple" şirkəti "iPhone" və "iPad" cihazları üçün iOS 12.1.1 yenilənməsini yayımlayıb. 

ONN media xəbər verir ki, uzun müddətli test prosesdən sonra rəsmən tətbiq olunan yenilənmədə bir çox vacib dəyişiklik var. Bunlardan ən diqqətəlayiq olanı "iPhone XR" modeli ilə bağlıdı.
 
"iPhone XR" üçün "Haptic Touch" adlı yeni bir funksiya əlavə edilib. Bildiyiniz kimi, "3D Touch"i dəstəkləməyən "iPhone XR"də daha inkişaf etdirilmiş bu xüsusiyyət əlavə edilib. 

Digər tərəfdən, "iPhone XR", "iPhone XS" və "iPhone XS Max" modelləri üçün bir yenilik də "FaceTime"la bağlıdır. 
 
"FaceTime"da zəng zamanı ön və arxa kamera arasında keçid çox çətin idi. Yeni dəyişiklikdən sonra bir toxunuşla bu əməliyyatı çox rahat həyata keçirə bilərsiniz. "FaceTime" zəngləri zamanı canlı foto da çəkə bilərsiniz.

 

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png