ONN MEDİA

“Google Chrome” 32 milyon qurğuda dəstəklənməyəcək

06 Oktyabr 2018 - 20:38 CƏMİYYƏT

"Google Chrome" brauzeri "Android 4.1 — 4.3 Jelly Bean" əməliyyat sistemlərində artıq dəstəklənməyəcək.

ONN media RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə IXBT portalı yazıb.

Əməliyyat sisteminin brauzeri dəstəkləyəcək ən köhnə versiyası "Android 4.4" olacaq.

Portal bu dəyişikliyin dəqiq nə zaman baş verəcəyini açıqlamayıb. Bununla belə, qeyd olunur ki, köhnəlmiş sistem "Android" bazasındakı qadcetlərdən cəmi 3,2 faizində istifadə olunur. Çünki hazırda istifadədə bu əməliyyat sistemi ilə işləyən cəmi 1 milyarda yaxın qurğu var. "Chrome"un dəstəklənməyəcəyi qadcetlərin sayı isə təqribən 32 milyon qurğu təşkil edəcək.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png