ONN MEDİA

Azərbaycan Yaponiyaya xalça tədarük edəcək

12 İyul 2018 - 09:22 Banner, CƏMİYYƏT

Bu ilin sonunadək “Azərxalça” ASC xalça məmulatlarının Yaponiyaya tədarükü üzrə iri müqavilə imzalayacaq.

ONN media xəbər verir ki, bunu müəssisənin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan xalçalarının nümunələri Yaponiyaya göndəriləcək:

“Bu gün bir çox ölkələr Azərbaycan xalçalarına maraq göstərir. Bu ölkələr arasında Afrika, Amerika ölkələri, Avstraliya var. Bu gün ölkəyə çoxlu turist gəlir ki, bu da tələbatın artımına təsir göstərir. Azərbaycanda istehsal olunan xalçalar dünya keyfiyyət standartlarına cavab verir və daha çox rəqabətqabiliyyətlidir”.

Müəssisə rəhbəri həmçinin bildirib ki, Azərbaycanda daha 10 xalça fabrikinin açılışı nəzərdə tutulur, bununla onların sayı 30-a çatacaq və 4,5 min nəfər işlə təmin olunacaq.

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png