ONN MEDİA

Azərbaycan buna görə MDB-də liderdir

19 Oktyabr 2018 - 18:20 CƏMİYYƏT, SOSİAL

“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB dövlətləri ilə müqayisədə liderdir.

ONN media Axar.az-a istinadla xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu barədə Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda qeyd edilib.

Hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub.

Azərbaycan sözügedən hesabatın “İnstitutlar” göstəricisi üzrə 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdədir.

Bundan başqa, ölkəmiz hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub.

“İnfrastruktur” göstəricisinin “Hava nəqliyyatında xidmətlərinin effektivliyi” alt-göstəricisi üzrə ölkəmiz 12-ci, “Qatar xidmətlərinin keyfiyyəti” üzrə 17-ci, “Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, “Yolların keyfiyyəti” üzrə 34-cü yeri tutub.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png