ONN MEDİA

Artıq smart qaz sayğaclarının balansını onlayn artıra biləcəksiz

08 Noyabr 2018 - 22:55 CƏMİYYƏT

"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.

ONN media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlətinə görə, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:

"Bununla yanaşı, mexaniki qaz sayğaclarından istifadə edən abonentlər "Azəriqaz" İstehsalat Birliyinin saytına daxil olmaqla onlayn qaydada borcunu ödəyə və öyrənə bilərlər. Abonentlər onlara təqdim edilən bildirişdə göstərilən abonent kodu vasitəsilə bu prosesi həyata keçirə bilirlər".

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png