ONN MEDİA

“Alimlər şəhərciyi”nə elektron müraciət imkanı yaradılıb

12 İyul 2018 - 17:06 CƏMİYYƏT

Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə elm və təhsil işçiləri üçün kooperativ binanın tikinti işləri uğurla davam edir.

AMEA -dan ONN media -ya verilən məlumata görə, Science City yaşayış kompleksi mənzərəli, ekoloji təmiz məkanda ev sahibi olmaq istəyənlərə müraciət üçün yeni imkan yaradıb. Belə ki, “Alimlər şəhərciyi”nə www.sciencecity.az – saytı vasitəsi ilə elektron müraciət etmək olar.

Qeyd edək ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək. Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə  təchiz olunması nəzərdə tutulur.


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png