ONN MEDİA

REGİON

Azərbaycanda məktəbdə GÜCLÜ YANĞIN – Şagirdlər…

Azərbaycanda məktəbdə GÜCLÜ YANĞIN – Şagirdlər…

Quba rayonunda güclü yanğın olub. ONN media xəbər verir ki, rayonun Amsarqışlaq kəndində orta məktəb binasında yanğın olub. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Köhnə tikili olan məktəb binasının yeddi sinif otağı tamamilə kül olub. Yanğında elektrik xətlərində qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə sonuncu dərs vaxtı olub və şagirdlər dərhal təxliyə edilib. Xoşbəxtlikdən [...]

Dekabr 10, 2018 Səidə Seyidova Banner, HADİSƏ, REGİON 0

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. ONN media "Report"a istinadən xəbər verir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. [...]

Dekabr 10, 2018 Fəridə Qafarova CƏMİYYƏT, REGİON 0

Masallıda DƏHŞƏTLİ QƏZA – Sürücü öldü

Masallıda DƏHŞƏTLİ QƏZA – Sürücü öldü

Masallı rayonunda yol qəzası baş verib. ONN media xəbər verir ki, hadisə rayonun Öncəqala kəndi ərazisində olub. Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb. Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb. [...]

Dekabr 6, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0

Yaşayış binasında yanğın oldu

Yaşayış binasında yanğın oldu

Gəncədə beşmərtəbəli binada yanğın olub. FHN-dən ONN media-ya verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. [...]

Dekabr 6, 2018 Fəridə Qafarova HADİSƏ, REGİON 0

Naxçıvanda bir İLK

Naxçıvanda bir İLK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə ona məlumat verib. Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından [...]

Dekabr 6, 2018 Fəridə Qafarova REGİON 0

18 yaşlı qız xəstəxanada öldü

18 yaşlı qız xəstəxanada öldü

Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb. ONN media  xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Xəstəxanadan [...]

Dekabr 5, 2018 Səidə Seyidova REGİON 0

Şəkidə DƏHŞƏT: Evdən ər-arvadın meyiti tapıldı

Şəkidə DƏHŞƏT: Evdən ər-arvadın meyiti tapıldı

Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb. ONN media xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb. Faktla [...]

Dekabr 3, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0

Qubada stomatoloji klinika yandı

Qubada stomatoloji klinika yandı

Quba rayonunda ümumi sahəsi 722 m² olan birmərtəbəli tikilinin (stomatoloji klinika kimi fəaliyyət göstərir) dəhlizinin tavanı 5 m² sahədə yanıb. ONN media -ya FHN-dən verilən məlumata əsasən, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. [...]

Dekabr 2, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0

Salyanda avtomobil yaşlı piyadanı vurub

Salyanda avtomobil yaşlı piyadanı vurub

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  ONN media xəbər verir ki, hadisə axşam saatlarında Sarvankəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü Səmədov Səməd Fətalı oğlu evə gedən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. [...]

Dekabr 2, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0

Göytəpədə YANĞIN

Göytəpədə YANĞIN

Cəlilabad rayonunda yanğın olub.  ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində baş verib.  Nəticədə ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  [...]

Noyabr 30, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png