ONN MEDİA

HADİSƏ

Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib ONN media xəbər verir ki, "VAZ 2107" markalı 10 DD 173 dövlət nömrə nişanl avtomobili idarə edən 1991-ci il təvəllüdlü Əsədli kənd sakini, Məmmədov Məmməd İbrahim oğlu yolu keçən Qalağayın kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Mikayıl Müslüm oğlunu vurub.  Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. [...]

Avqust 21, 2018 Səidə Seyidova HADİSƏ 0

Bərdədə YANĞIN

Bərdədə YANĞIN

Bərdədə yanğın hadisəsi baş verib. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonunda ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 kvadratmetr sahədə, 2 otağın yanar konstruksiyaları 21 kvadratmetr sahədə və evə bitişik ümumi sahəsi 20 kvadratmetr olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri [...]

Avqust 20, 2018 Səidə Seyidova HADİSƏ 0

DƏŞHƏT: Ayı 23 yaşlı meşəbəyini parçaladı

DƏŞHƏT: Ayı 23 yaşlı meşəbəyini parçaladı

Rusiyanın Kamçatka yarımadasındakı Kronotsk qoruğunda ayı 23 yaşlı meşəbəyini parçalayıb. ONN media bildirir ki, meşəbəyi turist qrupunu qızıl balıqların kürü tökdükləri çaya aparırdı. Həmin çayda isə ayılar balıq tutmağı "sevir" və bu səbəbdən sahildə dəmir tordan hasar var. Bel çantası çay sahilinə düşən meşəbəyi hasarı aşıb və çantanı axtarmağa başlayıb. O, itkin düşüb, rasiya ilə [...]

Avqust 20, 2018 Səidə Seyidova DÜNYA, HADİSƏ 0

Ağdaşda bədbəxt hadisə

Ağdaşda bədbəxt hadisə

Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb. ONN media xəbər verir ki, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan [...]

Avqust 20, 2018 Fəridə Qafarova HADİSƏ, REGİON 0

Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı

Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı

Bərdədə at kişini vuraraq ölümcül eləyib. Altmış yaşlı kişi reanimasiyada ciddi həkim nəzarətindədir ONN media xəbər verir ki, hadisə Bərdə rayonunun Hacallı kəndində baş verib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, 1958-ci il təvəllüdlü Bərdə sakini Cəfərov Fəxrəddin Allahverdi oğlunu at vuraraq ona ağır bədən xəsarətləri yetirib. Dərhal xəstəxanaya çatdırılan F. Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. [...]

Avqust 20, 2018 Fəridə Qafarova HADİSƏ 0

Metronu özlərinə “iş yeri” seçənlər saxlanılıb

Metronu özlərinə “iş yeri” seçənlər saxlanılıb

Avqustun 17-də saat 23 radələrində metronun “N.Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətirilmişlər. Araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilmişdir. ONN media xəbər verir ki, aparılan araşdırmalar zamanı [...]

Avqust 20, 2018 Fəridə Qafarova HADİSƏ 0

Üzeyir Mehdizadənin ailəsində ağır itki

Üzeyir Mehdizadənin ailəsində ağır itki

Müğənni Üzeyir Mehdizadəyə ağır itki üz verib. ONN media xəbər verir ki, ifaçının qayınanası vəfat edib. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, müğənni bu ilin iyulunda ailə həyatı qurub. [...]

Avqust 20, 2018 Fəridə Qafarova HADİSƏ, ŞOU BİZNES 0

Şabranda yanğın

Şabranda yanğın

Şabranda yanğın qeydə alınıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonunun Taxtalar kəndində 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 25 ha kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. [...]

Avqust 20, 2018 Səidə Seyidova HADİSƏ 0

6,9 bal gücündə zəlzələ olub

6,9 bal gücündə zəlzələ olub

İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. ONN media bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar bazar günü yerli vaxtla 14:56-da (18:56) qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 [...]

Avqust 20, 2018 Səidə Seyidova DÜNYA, HADİSƏ 0

DƏŞHƏTLİ QƏZA – Ana körpəsi ilə özünü maşından atdı

DƏŞHƏTLİ QƏZA – Ana körpəsi ilə özünü maşından atdı

Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb. ONN media xəbər verir ki, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb. Müxtəlif  bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir. Hazırda qəzanın səbəbləri araşdırılır. [...]

Avqust 19, 2018 Səidə Seyidova HADİSƏ 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png