ONN MEDİA

Rusiya Ukraynanın bu şəhərini də ələ keçirmək istəyir -İDDİA

09 Noyabr 2018 - 21:50 Banner, DÜNYA

Rusiyanın Azov dənizindəki addımlarının əsas məqsədi Ukraynanın Mariupol şəhərini ələ keçirməkdir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri britaniyalı polkovnik, Ukraynanın milli təhlükəsizlik və müdafiə işləri üzrə institutunun eksperti Qlen Qrant səsləndirib.

Ukrayna jurnalistlərinə müsahibə verən polkovnik bildirib ki, hazırda bu bölgədə Rusiyanın böyük üstünlüyü var:

"Onların məqsədi Mariupolun bütün biznesini, infrastrukturunu dağıtmaqdır. Bu, hələlik Rusiyanın ilk addımıdır. Onlar bütövlükdə Ukraynanın cənub hissəsini ələ keçirmək istəyirlər. Kiyevin isə bunu dayandırmağa gücü çatmır".

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png