ONN MEDİA

Kimlər metrodan pulsuz istifadə edə bilər?

11 Oktyabr 2018 - 11:20 Banner, SOSİAL

Əksər inkişaf etmiş ölkələrdə metrodan pulsuz istifadə edən vətəndaşlar var. Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər. Bəs Azərbaycanda kimlər metrodan pulsuz istifadə edə bilər?

ONN media Olaylar-a istinadla xəbər verir ki, "Bakı Metropoliteni" QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:

"7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər"

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png