ONN MEDİA

DÜNYADA BİR İLK – İctimai nəqliyyat pulsuz oldu

06 Dekabr 2018 - 18:16 Banner, DÜNYA

Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, Lüksemburqun baş naziri Xavyer Bettelin liderliyi ilə seçilən koalisiya hökumətinin planları çərçivəsində qatar, tramvay və avtobusdakı biletlər 2019-cu ilin yay aylarında ləğv ediləcək.

600 min nəfər əhalisi olan Lüksemburqa işləmək üçün hər gün Fransa, Belçika və Almaniyadan 200 min insan axışır. Lüksemburda bu yay hökumət 20 yaşdan cavanlar üçün ictimai nəqliyyatda gedişi pulsuz etmişdi. Məktəb şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edirdi.

2020-ci ilin əvvəlindən etibarən isə bütün biletlər ləğv ediləcək.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png