ONN MEDİA

Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi

30 Oktyabr 2018 - 10:43 Banner, CƏMİYYƏT, Redaktor Seçimi, TARİX

Bu günlərdə Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi ib-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah damarını kəsən əsəri,  “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı anadolu türkçəsində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” adı ilə çapdan çıxmışdı.

Əsərin  tərcüməçisi -AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, redaktor, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdi.

Xatırladaq ki, Azərbaycan oxucularına 2016 cı ildə təqdim edilən bu elmi əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png