ONN MEDİA

Daily Archives: 18 Noyabr 2018

DİQQƏT – Sabah “ölüm kometası” gəlir

DİQQƏT – Sabah “ölüm kometası” gəlir

Noyabrın 11-də Yerin 38 milyon km yaxınlığından asteroid keçəcək. ONN media xəbər verir ki, bu barədə space.com portalı məlumat yayıb. Portalın məlumatına görə, "ölüm kometası" adlanan asteroid insan kəlləsi formasındadır. Eyni zamanda qeyd edilir ki, alimlər 2015-ci ildə də həmin asteroidi Yerin yarım milyon km yaxınlığında müşahidə etmişdi. [...]

Noyabr 10, 2018 Səidə Seyidova CƏMİYYƏT 0

Goranboyda maşın yaşlı piyadanı vurdu

Goranboyda maşın yaşlı piyadanı vurdu

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ONN media report -a istinadən bildirir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb.  Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır. [...]

Noyabr 10, 2018 Səidə Seyidova HADİSƏ, REGİON 0

Zamirə Hacıyeva London küçələrində — “Məni tək buraxın”

Zamirə Hacıyeva London küçələrində — “Məni tək buraxın”

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva "Charing Cross" polis bölməsində imza verməyə gedib. Bu zaman o, jurnalistlərin sualını cavablandırmayıb. "Məni tək buraxın",- deyə o jurnalistlərin sualına cavab verməkdən imtina edib, üzünü də kağız ilə gizlədib. ONN media musavat.com-a istinadən bildirir ki, onu izləyənlər arasında azərbaycanlı jurnalist də olub. Onun da [...]

Noyabr 10, 2018 Səidə Seyidova DÜNYA 0

Bakıda sayğac oğrusu ələ keçdi

Bakıda sayğac oğrusu ələ keçdi

Suraxanıda evlərdən su sayğaclarını oğurlayan şəxs saxlanılıb. FHN-dən ONN media -ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb. [...]

Noyabr 10, 2018 Səidə Seyidova HADİSƏ 0

Sabahdan hava kəskin dəyişir: Külək,yağış… – XƏBƏRDARLIQ

Sabahdan hava kəskin dəyişir: Külək,yağış… – XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb [...]

Noyabr 10, 2018 Səidə Seyidova Banner, HAVA HAQQINDA 0

Siqaretin qiymətində artım olacaq?

Siqaretin qiymətində artım olacaq?

İspaniyanın siqaretçəkmə əleyhinə mübarizə aparan ictimai qurumları Avropa İttifaqının üzvü olan bütün ölkələrdə siqaretin qiymətlərini artırmaq xahişi ilə Avropa Parlamentinin deputatlarına müraciət ediblər. ONN media Publika -ya istinadən xəbər verir ki, bu petisiya təmin olunsa, 2020-ci ildə bir qutu siqaretin qiyməti indikindən təqribən 2 dəfə çox – 10 avro təşkil edəcək. Beləliklə, bir standart siqaret [...]

Noyabr 10, 2018 Səidə Seyidova Banner, DÜNYA 0

“Hər ailə ağac əksin” aksiyası bu qəsəbələrdə davam etdiriləcək

“Hər ailə ağac əksin” aksiyası bu qəsəbələrdə davam etdiriləcək

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018 ci il tarixində Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək. Nazirlikdən ONN media -ya bildirilən məlumata əsasən, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin [...]

Noyabr 10, 2018 Səidə Seyidova Banner, CƏMİYYƏT 0

Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub

Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub

Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam [...]

Noyabr 10, 2018 Səidə Seyidova İQTİSADİYYAT 0

Yol tikintisinə 4,9 milyon manat ayrıldı

Yol tikintisinə 4,9 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad–Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilib. Qeyd edilib ki, son illərdə hava şəraitinin yağmurlu keçməsi [...]

Noyabr 10, 2018 Səidə Seyidova SİYASƏT 0

İmişlidə anbarda yanğın

İmişlidə anbarda yanğın

İmişlidə anbar yanıb. ONN media -ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Çaxırlı kəndində ümumi sahəsi 600 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​ [...]

Noyabr 10, 2018 Səidə Seyidova HADİSƏ 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png