ONN MEDİA

Daily Archives: 23 Oktyabr 2018

Binəli Yıldırım Özbəkistanda səfərdədir

Binəli Yıldırım Özbəkistanda səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Özbəkistanda səfərdədir. ONN media xəbər verir ki,  "Esenboğa" hava limanında parlament sədri jurnalistlərin suallarını cavablandırıb. B.Yıldırım bildirib ki, yüksək səviyyəli səfərləri nəticəsində Ankara və Daşkəndin münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb. B.Yıldırımın səfər çərçivəsində Özbəkistanın prezidenti, baş naziri və digər rəsmi şəxslərlə görüşləri olacaq. [...]

Sentyabr 23, 2018 Səidə Seyidova DÜNYA 0

Nobel mükafatçısı dünyasını dəyişdi

Nobel mükafatçısı dünyasını dəyişdi

Fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən professor Çarlz Kaonun vəfatı xəbəri yayılıb. ONN media ölkə.az -a  istinadən xəbər verir ki, alim sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.  O, uzun illər Alzheymer xəstəliyindən əziyyət çəkib. Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub.  [...]

Sentyabr 23, 2018 Səidə Seyidova DÜNYA 0

Liberman: “İranla mübarizəmiz davam edir “

Liberman: “İranla mübarizəmiz davam edir “

İranın Suriyanı yəhudi dövlətinə hücum üçün bazaya çevirməsinə imkan verməyəcəyik və bununla bağlı fəaliyyətimiz davam edəcək. ONN media axar.az -a istinadla xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib. “Bizim bunun üçün zəruri bütün imkanlarımız var. İsrailin Suriyadakı fəaliyyəti ilə bağlı heç bir şey dəyişməyib”, – nazir bildirib. [...]

Sentyabr 23, 2018 Səidə Seyidova Banner, DÜNYA 0

4 min sayt bloklandı

4 min sayt bloklandı

Çin Xalq Respublikası hökuməti 4 min sayt və akkauntu bloklayıb. ONN media Virtualaz.org -a istinadən xəbər verir ki, Pekin bu saytların qadağan olunmuş məlumatları yayması qənaətindədir. Fırıldaqçılıqda, insanları müxtəlif dini təşkilatlara cəlb etməkdə, pornoqrafiya və hətta "şayiə” yaymaqda şübhəli bilinən saytlar və sosial şəbəkələrdəki hesablar bloklanıb. Şəbəkədə "zərərli konent”in üzə çıxarılması kampaniyası Çində bu ilin mayında [...]

Sentyabr 23, 2018 Səidə Seyidova DÜNYA 0

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub. Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. 2018-ci il iyunun 23-də OPEC və [...]

Sentyabr 23, 2018 Səidə Seyidova İQTİSADİYYAT 0

Onların sevgili olduğu deyilir

Onların sevgili olduğu deyilir

"Fox TV"də yayımlanan "Yasaqlanmış alma" ("Yasak elma") serialının iki baş rol qəhrəmanı – "Ulduz"la "Əlixan"ın sevgili olduqları iddia olunur. ONN media Qafqazinfo-ya istinadən bildirir ki, aktrisa Eda Ece ilə aktyor Onur Tuna bu xəbəri hələ ki, nə təsdiq, nə də təkzib edib. Qeyd edək ki, ötən ay Bebek sahilində həmkarı ilə birlikdə görüntülənən E. Ece [...]

Sentyabr 23, 2018 Səidə Seyidova DÜNYA 0

Bakıda YANĞIN

Bakıda YANĞIN

Bakıda xəstəxanada yanğın olub. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən xəstəxananın zirzəmisində təxminən 60-70 ədəd müxtəlif təyinatlı akkumulyatorlar və hava təmizləyici boruların üzərinə çəkilmiş şüşə-pambıq örtüyü 6 m2 sahədə yanıb. Xəstəxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. [...]

Sentyabr 23, 2018 Səidə Seyidova HADİSƏ 0

Bəzi marşrut avtobuslarının intervalında gecikmə var

Bəzi marşrut avtobuslarının intervalında gecikmə var

Bakıda bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir. "Hazırda bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb". [...]

Sentyabr 23, 2018 Fəridə Qafarova SOSİAL 0

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbr verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, yağış Bakıda 21.0 mm [...]

Sentyabr 23, 2018 Fəridə Qafarova HAVA HAQQINDA Sabah hava necə olacaq? üçün şərhlər bağlıdır

Bakıda vulkan püskürdü

Bakıda vulkan püskürdü

Bakıda vulkan püskürüb. ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin verdiyi məlumata görə 23 sentyabr 2018-ci il tarixində saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan [...]

Sentyabr 23, 2018 Fəridə Qafarova Banner, HADİSƏ 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png