ONN MEDİA

Daily Archives: 14 Dekabr 2018

Xətaidə inzibati binada yanğın

Xətaidə inzibati binada yanğın

Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb. ONN media FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb. Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib. Yaxınlıqdakı [...]

Avqust 28, 2018 Səidə Seyidova HADİSƏ 0

Rusiya Azərbaycana müəllimlər göndərə bilər

Rusiya Azərbaycana müəllimlər göndərə bilər

Rusiya Azərbaycana rus dili müəllimləri göndərə bilər.  ONN media Rusiyanın “Parlamentskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının elm, təhsil və mədəniyyət üzrə Komitəsi sədrinin müavini Liliya Qumerova deyib.  O bildirib ki, parlament görüşləri çərçivəsində keçmiş SSRİ respiblikalarına edilən səfərlər zamanı rusiyalı müəllimlərin, habelə dərs vəsaitlərinin göndərilməsi mövzusu həmişə gündəmdə olub. L. [...]

Avqust 28, 2018 Səidə Seyidova TƏHSİL 0

ABŞ Liviyaya hava zərbəsi endirdi

ABŞ Liviyaya hava zərbəsi endirdi

ABŞ Liviyaya aviazərbə endirib. ONN media ölkə.az -a istinadla xəbər verir ki, bu barədə "Al Wasat" xəbər portalı məlumat yayıb. Portalın ABŞ silahlı qüvvələrinin Afrika Komandanlığının mətbuat xidmətinə istinadən məlumatına görə, hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının bir yaraqlısı məhv edilib. Qeyd edilir ki, hava hücumu nəticəsində mülki əhaliyə zərər dəyməyib. [...]

Avqust 28, 2018 Səidə Seyidova DÜNYA 0

Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb

Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz çoxdur. ONN media xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, ötən illin göstəricilərindən 1,3 faiz çox – 145.9 mln. manat məbləğində isə [...]

Avqust 28, 2018 Səidə Seyidova İQTİSADİYYAT 0

Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı

Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb. ONN media xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib. H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir: "10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur". Xatırladaq ki, bu gün [...]

Avqust 28, 2018 Səidə Seyidova HADİSƏ 0

Binəli Yıldırım Azərbaycana gəlib

Binəli Yıldırım Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb. ONN media xəbər verir ki, B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək. Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir. [...]

Avqust 28, 2018 Səidə Seyidova SİYASƏT 0

Türkiyə ordusu daha bir PKK -a terrorçusunu məhv etdi

Türkiyə ordusu daha bir PKK -a terrorçusunu məhv etdi

Türkiyənin Hakkari vilayətində PKK-ya qarşı təşkil edilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib. ONN media xəbər verir ki, bu barədə Hakkari valiliyi məlumat yayıb. Bildirilib ki, İkiyaka dağları arasında yerləşən Meclisan gölü ətrafında yaşanan silahlı atışmada PKK-çı məhv edilib. [...]

Avqust 28, 2018 Səidə Seyidova DÜNYA 0

Mikroavtobus dərəyə aşdı – Ölən var

Mikroavtobus dərəyə aşdı – Ölən var

Şəmkir rayonunda “QAZel” markalı mikroavtobus dərəyə aşıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. [...]

Avqust 28, 2018 Səidə Seyidova HADİSƏ 0

Günəşdə ciddi dəyişikliklər qeydə alınır

Günəşdə ciddi dəyişikliklər qeydə alınır

ABŞ-ın Ohayo Universitetinin astronomları son vaxtlar Günəşin normadan daha artıq qamma-şüa buraxdığını aşkarlayıblar. ONN media trend -ə istinadla xəbər verir ki, alimlər bu prosesi maqnit sahələri ilə əlaqələndirsələr də, ancaq buna tam əmin olmadıqlarını bildiriblər. Tədqiqatçıların müşahidəsinə əsasən 10 il ərzində Günəş ən az qamma-şüanı 2008-2009-cu illərdə yayıb, ən aktiv vaxt isə 2013-cü ildə olub. Astronomlar [...]

Avqust 28, 2018 Səidə Seyidova DÜNYA 0

15 yüksək rütbəli zabit işdən çıxarıldı

15 yüksək rütbəli zabit işdən çıxarıldı

Rusiyada 15 yüksək rütbəli zabit vəzifəsindən azad olunub. ONN media RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.  Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Cəzaların İcrası Federal Xidmətində çalışan 15 general işdən çıxarılıb.  [...]

Avqust 28, 2018 Səidə Seyidova DÜNYA 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png