ONN MEDİA

Daily Archives: 14 Dekabr 2018

Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır. ONN media  xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil [...]

Aprel 23, 2018 Səidə Seyidova İQTİSADİYYAT 0

İlham Əliyevin Türkiyə səfərinin tarixi açıqlandı

İlham Əliyevin Türkiyə səfərinin tarixi açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev 24-25 aprel tarixlərində Türkiyəyə səfər edəcək. ONN media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. Bildirilir ki, keçiriləcək görüşlərdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi, [...]

Aprel 23, 2018 Səidə Seyidova SİYASƏT 0

Fransa prezidentinin ABŞ-a səfəri başlayıb

Fransa prezidentinin ABŞ-a səfəri başlayıb

Fransa prezidenti Emmanuel Makron ABŞ-a dövlət səfəri edib. ONN media xəbər verir ki, aprelin 24-də E.Makron ABŞ prezidenti Donald Trampla görüşəcək, 25-də isə Konqresdə çıxış edəcək. Səfər ABŞ və Fransa arasında əlaqələrin 250 illik yubileyinə həsr olunub. [...]

Aprel 23, 2018 Səidə Seyidova DÜNYA 0

Mikroavtobus piyadaları əzib – 10 YARALI

Mikroavtobus piyadaları əzib – 10 YARALI

Kanadanın Toronto şəhərində mikroavtobus piyadaları əzib. ONN media xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İlkin məlumata görə, Yonq küçəsi və Finç prospektinin kəsişməsində baş vermiş hadisə nəticəsində azı 10 nəfər yaralanıb. Hadisəni törətmiş sürücü hadisə yerindən qaçıb.   Əraziyə səfərbər olunan təhlükəsizlik qüvvələri ətrafdakı yolları və yaxınlıqdakı metro stansiyasını bağlayıb. Cinayətkarın axtarışı həyata keçirilir. [...]

Aprel 23, 2018 Səidə Seyidova DÜNYA 0

Azərbaycan və İran Xəzərdə əməkdaşlığa başlayır

Azərbaycan və İran Xəzərdə əməkdaşlığa başlayır

Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. ONN media xəbər verir ki, anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili [...]

Aprel 23, 2018 Səidə Seyidova İQTİSADİYYAT 0

Nikol Paşinyan:”Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək”

Nikol Paşinyan:”Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək”

"Ermənistanın yeni baş naziri yaxın bir həftə ərzində təyin ediləcək". ONN media xəbər verir ki, bunu ölkə müxalifətinin lideri Nikol Paşinyan bildirib.  "Xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək", – o deyib. Onun sözlərinə görə, bazar ertəsi hakimiyyətlə görüşlər [...]

Aprel 23, 2018 Səidə Seyidova DÜNYA 0

Yol qəzası: Avtomobil piyadanı vurub

Yol qəzası: Avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub. ONN media xəbər verir ki,  hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb. Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. [...]

Aprel 23, 2018 Səidə Seyidova HADİSƏ 0

Ermənistan prezidenti hökumətin istefasını qəbul etdi

Ermənistan prezidenti hökumətin istefasını qəbul etdi

Ermənistan prezidenti Armen Sarkisyan bu gün hökumətin istefasını qəbul edib. ONN media  xəbər verir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb. "Konstitusiyanın 13-cü maddəsinə əsaslanaraq, Ermənistan Respublikasının hökumətinin istefası qəbul edilsin", – prezidentin saytında yerləşdirilən sərəncamda deyilir. [...]

Aprel 23, 2018 Səidə Seyidova DÜNYA 0

Putin bir sıra saytların bağlanmasına icazə verdi

Putin bir sıra saytların bağlanmasına icazə verdi

Rusiya prezidenti Vladimir Putin məhkəmə icraçılarının vətəndaşların və ya təşkilatların şərəf və ləyaqəti aşağılayan məlumatları silməkdən imtina edən saytları bağlamasına icazə verən qanunu imzalayıb. ONN media  xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub. Qanuna əsasən zərərçəkmiş fiziki və ya hüquqi şəxs saytdan məlumatların silinməsini tələb edə biləcək. Həmin saytın rəhbərliyi tələbə məhəl qoymasa, məhkəmə icraçısı saytın bloklanması  haqqında [...]

Aprel 23, 2018 Səidə Seyidova DÜNYA 0

İlham Əliyev daha bir gənc deputata yüksək vəzifə verdi

İlham Əliyev daha bir gənc deputata yüksək vəzifə verdi

Azərbaycan respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. ONN media xəbər verir ki, millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. [...]

Aprel 23, 2018 Səidə Seyidova SİYASƏT 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png