ONN MEDİA

Daily Archives: 12 Dekabr 2018

Qara Qarayev

Qara Qarayev

  Unutmayaq unutdurmayaq! 5 fevral (d.1918 – ö.1982) görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki, Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri mərhum Qara Qarayevin doğum günüdür. Allah rəhmət eləsin! [...]

Fevral 4, 2018 admin Unutmayaq Unutdurmayaq! 0

Masazırda avtobus divara çırpılıb

Masazırda avtobus divara çırpılıb

Sərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb. ONN medianın məlumatına görə,hadisə "Masazır dairəsi"adlanan ərazidə baş verib.Belə ki,dairəyə daxil olan avtobus "Hyundai"markalı maşına dəyib və daha sonra divara çırpılıb.Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.   [...]

Fevral 4, 2018 admin HADİSƏ 0

Liftdə həyəcanlı anlar

Liftdə həyəcanlı anlar

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər, Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftlərdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır. [...]

Fevral 4, 2018 admin HADİSƏ 0

Daha bir şəhid xəbəri gəldi

Daha bir şəhid xəbəri gəldi

Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb. ONN medianın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb. Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin [...]

Fevral 4, 2018 admin DÜNYA 0

Sahildə gəzərkən tapdı, nə olduğunu öyrəndiyində isə… – İnanılmaz

Sahildə gəzərkən tapdı, nə olduğunu öyrəndiyində isə… – İnanılmaz

ONN media xəbər verir ki, Adnan Sobi adlı şəxs dəniz kənarında gəzərkən qeyri-adi formada olan bir cihaz tapıb. Sobi bu haqda dərhal aidiyyatı qurumlara xəbər verib. Araşdırmalardan sonra onun balıqları uzaqdan izləmək üçün bir cihaz olduğu açıqlanıb.Yəni, bu cihaz vasitəsiylə balıqların üzərinə təqibçi yerləşdirilir və həmin heyvanın hara getdiyini asan şəkildə izləmək olur. Cihazın görüntülərini [...]

Fevral 4, 2018 admin MARAQLI 0

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Gəncə sakini sirkə turşusundan zəhərlənib

 ONN media  xəbər verir ki şəhər sakini 1941-ci il təvəllüdlü Abbasov Qəzənfər Mikayıl oğlu sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. 77 yaşlı kişinin hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. [...]

Fevral 4, 2018 admin HADİSƏ 0

Prezident seçkilərinin nəticələri açıqlanıb

Prezident seçkilərinin nəticələri açıqlanıb

Kiprdə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb. ONN medianın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Daxili işlər nazirliyi bülletenlərin 100 faizinin sayılmasını başa çatdırıb. Hazırkı prezident, hakim DİSİ partiyasının namizədi, 72 yaşlı Nikos Anastasiadis 55,99%, onun rəqibi, AKEL partiyasının nümayəndəsi Stavros Malas isə 44, 01% səs toplayıb.   Seçkilərdə seçicilərin 73%-i iştirak edib. [...]

Fevral 4, 2018 admin DÜNYA 0

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə açıq Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son gündə daha bir medal əldə edib. +100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarışı 3-cü pillədə başa vurub. İspaniyalı Çelaru Qriqoras və ukraynalı Andrey Kolesnikə qalib gələn idmançımız yarımfinalda Belçika təmsilçisi Benjamin Harmenyisə məğlub olub. Təsəlliverici [...]

Fevral 4, 2018 admin İDMAN 0

ABŞ-da qatarlar toqquşdu – Ölən və yaralananlar var

ABŞ-da qatarlar toqquşdu – Ölən və yaralananlar var

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 116 nəfər xəsarət alıb. Publika.az xəbər verir ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır. Hadisə zamanı 2 nəfər ölüb. Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı [...]

Fevral 4, 2018 admin HADİSƏ 0

Qocalar evində yanğın – Ölən var

Qocalar evində yanğın – Ölən var

Böyük Britaniyanın Stiveneyc şəhərində qocalar evində yanğın baş verib. ONN media "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğının səbəbləri hələlik məlum deyil. [...]

Fevral 4, 2018 admin HADİSƏ 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png