ONN MEDİA

Daily Archives: 12 Dekabr 2018

Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”

Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”

            Elə bir dövrdə yaşayırıq ki, hər bir etnos özü haqqında daha ciddi fikirləşməlidir. Artıq qloballaşma dövrüdür və etniq mədəniyyətlər vahid dünya mədəniyyətinə inteqrasiya olunur. Təbii ki, bu ambivalent bir haldır. Bu proses bir tərəfdən xalqlar arasında əlaqələri möhkəmləndirirsə, digər tərəfdən də çox təhlükəlidir. Təhlükəlidir ki, etnik unikallığımızı itirə bilərik. Hər bir etnik qrup üçün [...]

Yanvar 22, 2018 admin MÜSAHİBƏ 0

Unudulmaz Sadıqcan

Unudulmaz  Sadıqcan

Unutmayaq unutdurmayaq! Mirzə Sadıq (Sadıqcan) (d. 1846 Şuşa – ö.1902 Şuşa) tarzən, bəstəkar və tarın təkmilləşdirən sənətkar. Virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanmışdır. Tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə etmiş, simlərin sayını 5-dən 11-ə çatdırmışdır. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlamışdır. Məhz onun təkmilləşdirdiyi [...]

Yanvar 22, 2018 admin Unutmayaq Unutdurmayaq! 0

Hansı bürcün qadını daha güclüdür? – XARAKTERİSTİKA

Hansı bürcün qadını daha güclüdür? – XARAKTERİSTİKA

Bəzisi gücü və nəzarəti sevir, bəziləri yaradıcılığı və ya xəyalpərəstliyi ilə tanınır. Milli.Az lent.az-a istinadən bildirir ki, bürclərin qadınlar üzərində fərqli təsirləri ola bilir. Bəs siz bürcünüzün hansı xüsusiyyətlərə malik olduğunu bilirsiniz? QOÇ Qoç qadınları güclü və idarəedən qadınlardır. Onlar sahib olduqları gücün çox cazibədar olduğunun fərqindədirlər. Qoç qadınları hərəkətlərinin nəticəsini bilir və başqalarına da [...]

Yanvar 22, 2018 admin CƏMİYYƏT 0

SOCAR-ın gəlirlərini artıran – SƏBƏB

SOCAR-ın gəlirlərini artıran – SƏBƏB

“Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 mln. ton neft hasil olunub ki, bu da son onilliklər üçün rekord göstəricidir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır: “Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının [...]

Yanvar 22, 2018 admin İQTİSADİYYAT 0

Azərbaycanlı qadın Putinin səlahiyyətli nümayəndəsi oldu

Azərbaycanlı qadın Putinin səlahiyyətli nümayəndəsi oldu

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısını təsdiqləyib. ONN media APA-ya istinadən xəbər verir ki, Putinin seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri Rusiyadakı azərbaycanlıların "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova olacaq. M. Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır.  Mərkəzi Seçki Komissiyası V. Putinin səlahiyyətli nümayəndəsi kimi [...]

Yanvar 22, 2018 admin CƏMİYYƏT 0

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. ONN media xəbər verir ki, dövlət başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb. Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Dünya İqtisadi Forumu [...]

Yanvar 22, 2018 admin SİYASƏT 0

İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA

İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA

"Gilavar" – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, axtarış işləri əsasən FHN-in müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. [...]

Yanvar 22, 2018 admin CƏMİYYƏT 0

Ərdoğandan sərt mesaj: Bütün dünyaya elan edirəm!

Ərdoğandan sərt mesaj: Bütün dünyaya elan edirəm!

Kürdlərlə problemimiz yoxdur, əsas problem terror dəhlizinin yox edilməsidir. ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Afrin əməliyyatından geri addım atmayacağıq. Bunun qarşılığını ödəyəcəklər. Bu məsələdə iradəmiz ortadadır. Afrin həll olacaq. Afrindən geri çəkilməyəcəyik. Sərhədlərimiz boyunca yaradılması istənən, ərazi bütövlüyümüzə təhdid olan terror dəhlizinə ilk xəncəri “Fərat qalxanı” əməliyyatında vurduq. Amerika [...]

Yanvar 22, 2018 admin DÜNYA 0

Satıcı-robot ilk iş yerindən qovuldu

Satıcı-robot ilk iş yerindən qovuldu

Yapon şirkəti “SoftBank” tərəfindən istehsal olunmuş satıcı-robot Pepper ilk iş yerindən azad edilib. Belə ki, robot ticarət zalına quraşdırıldıqdan bir həftə sonra mağaza rəhbərliyini qane etməyib və oradan uzaqlaşdırılıb. Mağaza sahibinin sözlərinə görə, robot alıcılara məhsul seçimində heç bir köməklik və xidmət göstərə bilməyib. Onun həmçinin zəif eşitdiyi də vurğulanıb. Qeyd edək ki, insanabənzər robot [...]

Yanvar 22, 2018 admin DÜNYA 0

Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi

Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" və “Qır gölü” adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir. ONN media xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun [...]

Yanvar 22, 2018 admin HADİSƏ 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png