ONN MEDİA

Daily Archives: 14 Dekabr 2018

İlham Əliyev sükan arxasında – Borisov paylaşdı…

İlham Əliyev sükan arxasında – Borisov paylaşdı…

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Feysbuk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. Moderator.az xəbər verir ki, avtomobildə çəkilmiş foto 1.6 min istifadəçi tərəfindən bəyənilib. Qeyd edək ki, Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. [...]

Yanvar 16, 2018 admin MARAQLI 0

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Özbəkistanın Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb. ONN media AZƏRTAC-a istinadən bildirir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib. Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən "Ozbeqim" Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü. Plovu hazırlamaq üçün [...]

Yanvar 16, 2018 admin MARAQLI 0

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ

Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə “ekonom” seqmentində otellərə maraq göstərirlər. ONN media xəbər verir ki, bunu Trend-ə Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı [...]

Yanvar 16, 2018 admin CƏMİYYƏT 0

Mədinə Gülgün

Mədinə Gülgün

Unutmayaq unutdurmayaq! 17 yanvar ( 1926-1992) – Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə, bütün həyatı boyu həmin inqilabın carçısı olmuş Mədinə Gülgünün (Ələkbərzadə Mədinə Nurulla qızı) anadan olduğu gündür. Allah rəhmət eləsin.  [...]

Yanvar 16, 2018 admin Unutmayaq Unutdurmayaq! 0

Binəqədidə yanğın

Binəqədidə yanğın

Bakının Binəqədi rayonunda ümumi sahəsi 270 kv.m olan anbarda yanğın olub. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, anbarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. [...]

Yanvar 16, 2018 admin HADİSƏ 0

Elmar Məmmədyarov YUNESKO-nun Baş direktoru ilə görüşüb

Elmar Məmmədyarov YUNESKO-nun Baş direktoru ilə görüşüb

Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş direktoru Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. Nazirlikdən verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov O.Azuleni YUNESKO-nun Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda nazir YUNESKO-nun Azərbaycan [...]

Yanvar 16, 2018 admin SİYASƏT 0

Xudatda TIR-la minik maşını toqquşdu – Xəsarət alanlar var

Xudatda TIR-la minik maşını toqquşdu – Xəsarət alanlar var

Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. ONN media APA-ya istinadən xəbər verir ki, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb. Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər [...]

Yanvar 16, 2018 admin HADİSƏ 0

Asqırarkən nəfəsini tutdu – Boğazı yırtıldı

Asqırarkən nəfəsini tutdu – Boğazı yırtıldı

Britaniyada uğursuz şəkildə asqıran 34 yaşlı sakin xəstəxanalıq olub və bir həftəyə yaxın mədə zondu ilə qidalanmalı olub. ONN media Oxu.az-a istinadən xəbər verir ki, Bu barədə “BMJ Case Report” tibbi jurnalında məqalə dərc olunub. 34 yaşlı kişi udqunan zaman kəskin ağrı və səsinin dəyişməsi şikayəti ilə həkimə müraciət edib. Onun sözlərinə görə, asqırmaq istəyən zaman [...]

Yanvar 16, 2018 admin DÜNYA 0

Moskvada bağlardan birinə Müslüm Maqomayevin adı verilib – FOTO

Moskvada bağlardan birinə Müslüm Maqomayevin adı verilib – FOTO

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib. Bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub. Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi [...]

Yanvar 16, 2018 admin MƏDƏNİYYƏT 0

Prezidentdən diplomatın qətli ilə bağlı açıqlama

Prezidentdən diplomatın qətli ilə bağlı açıqlama

Serbiya Prezidenti Aleksandr Vuçiç siyasətçi Oliver İvanoviçin Kosovoda öldürülməsini terror aktı kimi qiymətləndirib. ONN media Axar.az-a istinadən xəbər verir ki, Vuçiç hadisə ilə bağlı xüsusi açıqlamasında belə deyib. Qeyd edək ki, Kosovanın “Azadlıq, Demokratiya, Ədalət” vətəndaş təşəbbüsləri hərəkatının lideri Oliver İvanoviç öz ofisində güllələnib. [...]

Yanvar 16, 2018 admin DÜNYA 0
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png